Qurban Qurbanov üçün xüsusi oyun

Qurban Qurbanov üçün xüsusi oyun

Çempionlar Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək ilk oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün xüsusi önəm daşıyır. Apasport.az saytının məlumatına görə, Çexiyanın Plzen şəhərində yerli “Viktoriya” ilə keçiriləcək görüş 44 yaşlı mütəxəssisin Ağdam klubunun baş məşqçisi postunda yubiley – 350-ci matç olacaq.

Əyalət klubunun tarixində oyun sayında rekordçu olan baş məşqçi səfər matçınadək 349 görüşdə komandasına rəhbərlik edib. İndiyədək “Qarabağ” Qurbanovun rəhbərliyi altında 189 qələbə qazanıb, 95 heç-heçə edib və 65 dəfə uduzub.

Mütəxəssis 8 il ərzində yetirmələrinin 488 qoluna sevinibsə, 256 dəfə rəqiblərin fərqlənməsinə üzülüb. “Qarabağ”ın onun rəhbərliyi altında keçirdiyi 349 matçdan 258-i çempionat, 54-ü avrokubok (10-u Çempionlar Liqası, 44-ü Avropa Liqası), 37-si Azərbaycan kubokuna təsadüf edib.

Qeyd edək ki, Qurbanovun “Qarabağ”da rəsmi debütü 2008-ci il avqustun 9-na təsadüf edib. Həmin gün ağdamlılar səfərdə “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında

turnir

O

Q

H

M

T/F

Avrokubok

54

24

16

14

60-46

Kubok

37

22

11

4

58-19

Çempionat

258

143

68

47

370-191

Cəmi

349

189

95

65

488-256

 

0
17