Respublika Narkoloji Mərkəzi üçün yeni bina inşa olunur

Respublika Narkoloji Mərkəzi üçün yeni bina inşa olunur

Narkotik istifadəçilərinin 592 nəfəri qadındır.

Səhiyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzi üçün 250 çarpayılıq müasir standartlara cavab verən yeni bina inşa olunur.

Nazirliydən Oxu.Az-a daxil olan məlumata görə, Mərkəzdə reabilitasiya, intensiv terapiya, psixoterapiya, ixtisaslaşdırılmış tibb şöbələrinin, laboratoriyaların (kliniki, biokimyəvi və toksikoloji) fəaliyyət göstərməsi nəzərdə tutulub.

Qeyd edə ki, respublika üzrə 31 dekabr 2015-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 28 min 555 nəfərdir.

20 min 36 nəfər opioidlərin, 8 min 519 nəfər kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bunlardan dispanser qeydiyyatında olanlar  23 min 153 nəfər, profilaktik  müalicə alanlar 5402 nəfərdir.  Anonim müalicə alanlar  583 nəfər, toksikomanlar 158 nəfərdir. Narkotik istifadəçilərinin 592 nəfəri qadındır.

2015-ci il ərzində 2017 narkoman qeydiyyata götürülüb. Bunlardan 1224 nəfər opioidlərin, 793 nəfər  kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bu narkomanların 1432 nəfəri dispanser qeydiyyatındadır, 585 nəfər profilaktik müalicə alır.

0
14