Çavuşoğlu: Azərbaycandan bizə güclü dəstək gəldi

Çavuşoğlu: Azərbaycandan bizə güclü dəstək gəldi

“Son zamanlar Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı təmaslar intensivləşib”.

“Hərbi çevrilişə cəhd baş verdikdən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi. Azərbaycan bu dəstəyi təkcə telefonla deyil, həm də atdığı addımlarla göstərdi. Bir millət olmağı şərtləndirən də məhz budur”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” televiziyasına müsahibəsi zamanı bildirib.

Türkiyənin Baş diplomatı bildirib ki, son zamanlar Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı təmaslar intensivləşib.

M. Çavuşoğlunun sözlərinə görə, Rusiyanın bu məsələ ilə bağlı ciddi çalışmaları, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri var. Bəzi təkliflərin də olduğunu deyən XİN başçısı, bunların içərisində Azərbaycanın qəbul edəcəyi təkliflərin də olduğunu bildirib: “Biz Azərbaycanın qəbul etdiyi bütün təklifləri dəstəkləyəcəyimizi bildirmişik”.

0
16