Hindistan yeganə dövlət neft korporasiyası yaratmaq istəyir

Hindistan yeganə dövlət neft korporasiyası yaratmaq istəyir

Neft nazirliyi 13 dövlət şirkətinin birləşməsini dəyərləndirir.

Hindistan hökuməti 13 milli neft şirkətinin vahid dövlət neft korporasiyası kimi birləşdirmək üzrə məsləhətləşmələrə başlamaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Economic Times” yazır.

Məlumata görə, hazırda Hindistanın Neft Nazirliyi ölkədə iri neft istehsalçısı olan “Oil and Natural Gas Corporation” (ONGC) daxil olmaqla 13 dövlət şirkətinin birləşmə potensialının dəyərləndirilməsini aparır. Bu ideya 2005-ci ildə artıq müzakirə edilib, amma komissiya onun realizə edilməsini məqsədəuyğun hesab etməmişdir.

0
17