Azərbaycanda dələduz qadın tutuldu

Azərbaycanda dələduz qadın tutuldu

İstintaq tədbirləri davam etdirilir.

“Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı DİN-nin  Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

0
13