Yunker Türkiyəni təhdid etdi

Yunker Türkiyəni təhdid etdi

Avropa İttifaqı Türkiyənin quruma daxil olmasına dair danışıqları dayandıra bilər.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.

Yunkerin sözlərinə görə, bu, ölkədə edam cəzasını bərpa edildiyi zaman baş verə bilər.

Xatırladaq ki, iyulun 16-da FETÖ qruplaşmasının tərəfdarları tərəfindən dövlət çevrilişi cəhdindən sonra Türkiyə cəmiyyətinin bütün səviyyələrində çevrilişi törədənlərə qarşı edam cəzasının bərpasına dair çağırışlar səslənir. Türkiyə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara uyğun olaraq 2004-cü ildə ölüm hökmünü ləğv etmişdi.

0
6