Rusiya həbsxanasında qiyam:azərbaycanlılar da var

Rusiya həbsxanasında qiyam:azərbaycanlılar da var

Rusiyanın Xakasiya Respublikasındakı həbsxanalarının birində dustaqlar qiyam qaldırıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə,  qiyamçı məhbusların hamısı müsəlmanlar olub.  240 məhbus saxlanma şəraitinin yaxşılaşdırılmasını və ibadət üçün xüsusi yerlər ayrılması tələbiylə çıxış ediblər.

Həbsxanaya OMON yeridiləndən sonra qiyam yatırılıb. Məlumata görə, qiyamın üç təşkilatçısı barədə cinayət işi qaldırılıb. Xakasiya Respublikası İstintaq Komitəsinin rəhbəri Yaroslav Bajan yerli KİV-ə açıqlamasında bildirib ki, qiyamçılar əsasən qırğız, tacik və azərbaycanlılardan ibarət olub.

0
16