Çimərlikdən qum “oğurlayan” turistə 3000 avro cəza

Çimərlikdən qum “oğurlayan” turistə 3000 avro cəza

İtaliyanın ağ qumlu çimərlikləri ilə məşhur olan Sardiniya adasından çimərlik qumu “oğurlayan” isveçli turist 3000 avro cərimələnib.

Oxu.Az xəbər verir ki, bu haqda İtaliya mətbuatında xəbər yayılıb.

Adı açıqlanmayan turist Sardiniyada istirahət etdikdən sonra evinə geri dönərkən xatirə olaraq Ogliastra çimərliyindən qum götürüb. Ancaq turistlərin çimərlik qumunu “oğurlamasına” tez-tez şahid olan Cagliari hava limanının səlahiyyətliləri turistin üzərində axtarış zamanı qumla dolu 3 şüşə ələ keçiriblər.

Adadan qum, ilbiz götürmək qadağan olunması səbəbindən isveçli şəxsə 3000 avro pul cəzası kəsilib.

İtalyanın ən gözəl çimərlikləri siyahısında ilk sıralarda gələn Sardinyadakı çimərliklərdə qum “oğurluğuna” tez-tez rast gəlinir. Adanın paytaxtı Cagliari şəhərində yerləşən hava limanında keçən il 5 ton qum ələ keçirilib.

Aytən Sadıqzadə

0
28