Dörd aydır ərə gedən aparıcı boşandı - FOTO

Dörd aydır ərə gedən aparıcı boşandı - FOTO

Kanal D-də təqdim olunan “Kısmetse olur” proqramının aparıcısı Seda Akgül 8 martda evləndiyi həyat yoldaşı Avram Habibdən boşanıb.

Oxu.Az xəbər verir ki, teleaparıcı bu barədə “Facebook” səhifəsində məlumat verib.

“Əziz dostlar, həyat yoldaşımla ayrıldığım doğrudur” yazan Akgül evliliyinin xəyanət üzündən bitdiyi ehtimalını ağıllara gətirib:

“Bəzən çox bilmək və hər şeyin fərqinə varmaq ikitərəfli münasibətlərdə yaxşı nəticə vermir. Kimin haqlı, kimin haqsız olduğu da əhəmiyyətli deyil, əhəmiyyətli olan xoşbəxt olmaq və xoşbəxt edə bilməkdir.

Qadının həmişə olanlara göz yumması və qurbana çevrilməsi normal sayılır. Siz mənim bununla bağlı yazdıqlarımı edin, etdiklərimi etməyin. Kaş, evlənməzdən əvvəl mən bir daha oxuyardım.

Dünyada tək dəyər verməli və hörmət edilməli insan özünüzsünüz. Evli də olsaq, subay da olsaq yalnız öləcəyik, ona görə lütfən öz hörmətinizi saxlayın. Sizi əzmək və ya aşağıya çəkmək istəyən heç kimlə münasibət qurmayın.

Həyat kədərlər üçün uzun, xoşbəxtliklər üçün isə qısadır.

Hamımız səhv edə bilərik. Əsas odur ki, səhvimizin fərqinə varıb onu ən qısa zamanda düzəldək. Hamınızı sevirəm, xüsusilə də həmcinslərimi”.

Aytən Sadıqzadə

0
25