Səfir: Əliyev, Ərdoğan və Berdiməhəmmədovun görüşü gözlənilir

Səfir: Əliyev, Ərdoğan və  Berdiməhəmmədovun görüşü gözlənilir

Əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlıq olacaq.

İlin sonuna qədər Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü gözlənilir.

Oxu.Az “Hurriyet Daily News”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlıq, əsasən də türkmən qazının Xəzər dənizindən keçərək Azərbaycana çatdıracaq boru kəmərinin inşaatı müzakirə mövzusu olacaq. Həmin qaz daha sonra TransAnadolu (TAP) boru kəməri vasitəsilə Avropaya nəql edilə bilər.

0
13