Nazir: Partlayışda şübhəli bilinən 27 yaşlı Suriya vətəndaşıdır

Nazir: Partlayışda şübhəli bilinən 27 yaşlı Suriya vətəndaşıdır

Almaniyanın Ansbah şəhərində törədilən partlayış zamanı ölən şəxs 27 yaşlı Suriya vətəndaşıdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Bavariyanın daxili işlər naziri Yoahim Hermann bəyan edib.

“O, iki il bundan əvvəl Almaniya gəlib. Ötən il hökumət ona qaçqın statusu verməkdən imtina edib. Partlayışın onun tərəfindən törədildiyi ehtimal edilir”, deyə Y.Hermann bildirib.

 Nazir əlavə edib ki,  ölən şəxs Almaniyada yaşadığı müddətfə iki dəfə intihara cəhd edib.

Almaniyanın Ansbah şəhərində, “Eugens Weinstube” restoranının qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

0
20