Liviya sahillərində 41 miqrantın meyiti aşkarlanıb

Liviya sahillərində 41 miqrantın meyiti aşkarlanıb

Liviyanın Sabrat şəhəri yaxınlığında, çimərlikdə Avropaya keçmək istəyən 41 miqrantın meyiti aşkarlanıb.

Oxu.Az-ın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, onların 5-6 gün əvvəl suda boğularaq öldüyü ehtimal edilir.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, yanvarın 1 –dən iyulun 6-dək Avropaya dəniz vasitəsilə 230 885 qaçqın daxil olub, 2 920-si isə yolda ölüb və yaxud itkin düşüb.

0
17