Azərbaycanın cüdo millisi Avropa kubokunda 8 medal qazanıb

Azərbaycanın cüdo millisi Avropa kubokunda 8 medal qazanıb

Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Oxu.Az apasport.az-a istinadla xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə daha 3 medal yazdırıb.

Təmsilçilərimizdən Aslan Mirzəyev (90 kq) gümüş, Rüfət İsmayılov (81 kq) və Azər Yaqubov (60 kq) bürünc medal qazanıb.

Bununla da, gənc cüdoçularımız mötəbər yarışı 8 medal (1 qızıl, 3 gümüş və 4 bürünc) qazanaraq başa vurub.

Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunurdu.

0
12