Türkiyə-Azərbaycan birgə qərargah təlimi keçirildi – FOTO

Türkiyə-Azərbaycan birgə qərargah təlimi keçirildi – FOTO

Təlimə zabitlər qatılıblar.

Ərzurum şəhərində Türkiyə-Azərbaycan birgə Kompüter Dəstəkli Tabor Əməliyyatlarının Planlaşdırılması üzrə Qərargah Təlimi keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “AzeriDefence”yə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Martın 28-dən aprelin 8-dək davam etmiş təlim Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirmək məqsədi daşıyır.

Təlimə hər iki ölkədən tabor və bölük qərargahlarından zabitlər qatılıblar.

0
17