Messi imicini dəyişdi

Messi imicini dəyişdi

“Barselona”nın arqentinalı hücumçusu Lionel Messi imicini dəyişərək sarışın olub.

Oxu.Az xəbər verir ki, müvafiq fotonu öz Instagram səhifəsində futbolçunun həyat yoldaşı Antonella Rokuçço yerləşdirib.

Hazırda 29 yaşlı hücumçu “Barselona”nın heyətində növbəti mövsümə hazırlaşır.

Klub rəhbərliyi Messiyə Amerika Kubokundan sonra istirahət üçün əlavə vaxt vermişdir. Qeyd edək ki, Arqentina yığması Amerika Kubokunda finalda Çili yığmasına məğlub olaraq gümüş medal qazanmışdır.

0
38