Pələng safari-parkın ziyərətçilərinə hücum etdi - VİDEO

Pələng safari-parkın ziyərətçilərinə hücum etdi - VİDEO

Çinin Badalin şəhərində pələng vəhşi təbiət parkının ziyarətçilərinə hücum edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə məlumat iyulun 24-də Çinin Mərkəzi televiziyasının (CCTV) Twitter səhifəsində yerləşdirilib.

Hadisə parkda safari gəzintisi zamanı baş verib.

Daily Mail nəşrinin xəbərinə əsasən, avtomobildə olan kişi və qadın arasında mübahisə yaranıb. Nəticədə hirsli qadın avtomobildən çıxıb. Onun ardınca daha bir qadın nəqliyyat vasitəsini tərk edib. Bu zaman kolluqda gizlənən pələng ikinci qadına hücum çəkərək onu öldürüb. Digər qadının isə xəsarətlər aldığı bildirilir.

Qeyd edək ki, parkın qaydalarına əsasən, ziyarətçilərə gəzinti zamanı avtomobili tərk etmək icazə verilmir.

Pələngin qadına hücumu CCTV News-un YouTube kanalında yerləşdirilib.

0
201