Avstraliyalı qadın Pokemon GO oyunu zamanı intihar edib

Avstraliyalı qadın Pokemon GO oyunu zamanı intihar edib

Pokemon GO oyunu zamanı itkin düşmüş Avstraliyanın Brisben şəhər sakini özünə qəsd edib.

Oxu.Az The Daily Mail nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı Ketrin Stalker iyulun 22-də itkin düşmüşdür. Onun bacısı Fiona sosial şəbəkələr vasitəsi ilə bütün Pokemon GO oyunçularından Ketrinin axtarışında kömək istəmişdir. Fiona bildirib ki, bacısının tək oynamasına baxmayaraq, o, müntəzam olaraq digər oyunçular ilə pokemon döyüşlərində iştirak edirdi.

Bununla belə qadını sonda polis əməkdaşları tapıblar. Hüquq-mühafizə orqanlarının bildiriblər ki, Ketrin intihar edərək həyatına son qoyub. Hadisənin oyunla əlaqəli olub-olmaması barədə məlumat verilmir. Ketrinin bir azyaşlı uşağı qalıb.

0
20