Gimnastımız Dünya Kubokunda bürünc medal qazandı

Gimnastımız Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərin yekunu üzrə bürünc medal qazanıb.

Oxu.Az-ın məlumatına görə, təmsilçimiz finalda 18.500 bal toplayıb.

Birinci yeri 19.400 balla rusiyalı gimnastlar Yana Kudryavtseva və Marqarita Mamun bölüşüblər.

Halqa ilə yarışlarda da rusiyalı gimnastlar fərqləniblər. Yana Kudryavtseva (19.450 xal) qızıl, Marqarita Mamun (18.550 xal) gümüş, Fransa gimnastı Kseniya Mustafayeva (18.500 xal) isə bürünc medala sahib olublar.

Gürzlərlə final yarışında Yana Kudryavtseva və Marqarita Mamun eyni -19.400 xal topladıqları üçün fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fransa təmsilçisi Kseniya Mustafayeva yarışı üçüncü pillədə başa vurub.

Lentlə yarışlarda isə Azərbaycan gimnastı Marina Durunda 18.500 xalla bürünc medal qazanıb. Yarışda 19.400 xal toplayan Marqarita Mamun və Yana Kudryavtseva qızıl medala sahib olublar.

0
21