Bu da dünyanın ən yaraşıqlı kişisi - FOTOLAR

Bu da dünyanın ən yaraşıqlı kişisi - FOTOLAR

Britaniyanın Sautport şəhərində beynəlxalq “Mister 2016” müsabiqəsi keçirilib.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, dünyanın bir çox ölkəsindən 47 iştirakçının qatıldığı müsabiqədə birinci yeri ilk dəfə olaraq Hindistandan olan gənc qazanıb.

Münsiflərin dəyərləndirməsinə görə 27 yaşlı Roxit Kxandelval qalib olub. İkinci yeri 21 yaşlı Puerto-Rikodan Fernando Alverez, üçüncü yeri isə Meksikadan olan Aldo Esparza Ramirez adlı gənc qazanıb.

Roxit Kxandelval mətbuata açıqlamasında bildirib ki, Hindistana qayıdaraq model biznesi və aktyorluqla məşğul olacaq.

0
22