Çevriliş təşkilatçılarının planları dərc ediləcək

Çevriliş təşkilatçılarının planları dərc ediləcək

Türkiyə hökuməti hərbi çevriliş təşkilatçılarının ölkədə dəyişikliklərə dair planlarının əks olunduğu sənədlərin dərc edilməsi məsələsini nəzərdən keçirir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu CNBC telekanalına müsahibəsində Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek bildirib.

“Çevriliş təşkilatçılarının yeni Türkiyənin qurulmasına dair konkret planları olub. Onlar yüksək rəhbər heyətin tərkibində yer alacaq 400-dək yeni soyadların qeyd olunduğu sənədlər hazırlayıblar.  Onların hamısı hərbçidir... Bu qalın bir qovluqdur, oradakı sənədlərdə yeni rəhbərlik üçün təlimatlar öz əksini tapıb. Biz hazırda bu planı diqqətlə araşdırırıq, düşünürəm, onun bir hissəsi dərc olunacaq”, - deyə Şimşek bildirib.   

Şimşəkin qeyd edib ki, Türkiyə hökumətinin çevriliş cəhdi ilə əlaqəli şəxslərə qarşı addımları gələcəkdə bu cür halların təkrarlanması ehtimalını sıfıra endirəcək.

0
14