Əl-Bağdadinin köməkçisi məhv edilib

Əl-Bağdadinin köməkçisi məhv edilib

İraqın təhlükəsizlik qüvvələri Diyala əyalətinin şimalında İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin köməkçisini məhv ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, Əl-Muhisə rayonunda keçirilən əməliyyat zamanı Əl-Bağdadinin köməkçisi Həşim Nasif Casim Əl-Hayəli məhv edilib, onun bir neçə silahdaşı isə yaralanıb.  

0
22