Ərdoğan: “Qiyamçılar hərbçilərə Gülənlə danışmağı təklif ediblər”

Ərdoğan: “Qiyamçılar hərbçilərə Gülənlə danışmağı təklif ediblər”

 Türkiyədə hərbi çevriliş cəhdinin iştirakçılarından biri girov götürülən quru qoşunların qərargah rəisinə özlərinin lideri Fətullah Gülənlə danışmağı təklif ediblər.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “France 24” telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Təəssüf ki, bu insanlar Pensilvaniyadan göstərişlər alıblar və çevrilişə cəhdi təşkil ediblər. Saxlanılanlar kimin onlara göstəriş verdiyini artıq etiraf  etməyə başlayıblar. Onlardan biri əsir götürülən quru qoşunların qərargah rəisinə özlərinin lideri Fətullah Gülənlə danışmağı təklif ediblər”, - deyə Ədoğan bildirib. O, bu  bəyanatı ilk dəfə verdiyini bildirib.

0
22