Türkiyədə prezident qvardiyası buraxıldı

Türkiyədə prezident qvardiyası buraxıldı

Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına qərar verilib.

APA-nın xəbərinə görə, bunu “A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

“Prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar  prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb.

0
19