Çavuşoğlu: "Rusiya Türkiyəyə ən çox dəstəkləyən ölkələrdən biri oldu"

Çavuşoğlu: "Rusiya Türkiyəyə ən çox dəstəkləyən ölkələrdən biri oldu"

Rusiya çevrilişə cəhd  zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Bir çox ölkə Türkiyədə demokratiyaya dəstək mesajları göndərmişdilər. Rusiya ən çox dəstək verən ölkələrdən biri olub”, - deyə Çavuşoğlu qeyd edib.

O, Türkiyə təhlükəsizlik sistemində boşluqların olduğunu etiraf edib: “Çevriliş cəhdi barədə yalnız  ehtimallar olsaydı belə, prezident lap əvvəldən bu barədə xəbər tutmalı idi”, - deyə nazir vurğulayıb.   

Onun sözlərinə görə, son hadisələr Türkiyə rəhbərliyi üçün dərs olub: “Vətəndaşların bu cür təhdidlərlə bir daha üzləşməməsi üçün bütün lazımi tədbirlər görüləcək”.  

0
13