Kabildə terror aktı nəticəsində 80 nəfər ölüb

Kabildə terror aktı nəticəsində 80 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı törədilən partlayış nəticəsində 80 nəfər ölüb.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 80 nəfər ölüb, azı 230 nümayişçi yaralanıb. Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Daha bir kamikadze-terrorçu polis tərəfindən öldürülüb.

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

0
19