Bu da Ebru Gündeşin ögey bacısı – FOTO

Bu da Ebru Gündeşin ögey bacısı – FOTO

“Göz-gözə gəldik, məni gördün, xeyirlisi belə imiş".

Türkiyənin ən məşhur və sevilən müğənnilərindən olan Ebru Gündeş atası Remzi Gündeşin yaşadığı mağazanın sahibi öldükdən sonra həmin dükanı satın alıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 20 ildir antikvar dükanında yaşayan Remzi Gündeşin, Ebru Gündeşin anasıyla evliliyindən sonra qurduğu növbəti evliliyindən 30 yaşdan yuxarı daha bir qızı var.

Heç kimin tanımadığı Ebru Gündeşin bacısının fotosu ilk dəfə “Söylemezsem olmaz" proqramında ortaya çıxıb.

Ebru Gündeşin bacısı Aslıhan Gündeşlə heç görüşmədiyi, lakin 2 il əvvəl bacısının ifaçının konsertinə getdiyi məlum olub.

Aslıhan Gündeş “Twitter" hesabında “konsert super idi, sən də eləcə. Göz-gözə gəldik, məni gördün, xeyirlisi belə imiş. Mən buralardayam. Səni sevirəm" sözlərini yazdığı bildirilib.

Verilişin aparıcıları “mən qızıma heç bir şey edə bilmədim, qızım mənə kömək etdi" deyən Remzi Gündeşə qızı Ebru Gündeşin hər ay 5 min TL maddi yardım etdiyini də deyiblər.

0
19