İŞİD Kabili qana boyadı:61 ölü, 207 yaralı

İŞİD Kabili qana boyadı:61 ölü, 207 yaralı

Əfqanıstanın paytaxtı Kabildə dəhşətli terror aktı baş verib. Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, terror aktı Kabilin Dexmazanq rayonunda etiraz aksiyası zamanı törədilib.

Artıq terrora görə İŞİD məsuliyyəti üzərinə götürüb.

Partlayış nəticəsində 61 nəfər ölüb, 207-dən artıq yaralı var. Terror aktını 3 "canlı" bomba planlaşdırsa da, onlardan yalnız biri istəyinə nail olub. "Canlı" bombalardan biri polis tərəfindən öldürülüb, o birinin isə bombası işə düşməyib.

0
23