Elmar Məmmədyarov Qulam İsakzaini qəbul edib

Elmar Məmmədyarov Qulam İsakzaini qəbul edib

XİN məlumat yaydı.

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasına yeni təyin olunmuş Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzaini qəbul edib.

Oxu.Az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Qulam İsakzai etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Qulam İsakzaini yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycanla BMT arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd edib.

Qulam İsakzai təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

O, həmçinin, Azərbaycanın “ANAMA” və “Asan Xidmət” kimi qurumların təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində son dövrlər atılan addımlar barədə danışıb.

Qulam İsakzai BMT-nin bu dəhlizlərin reallaşması üçün texniki dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

0
13