“Qarabağ” - “Viktoriya” oyununun hakimləri açıqlandı

“Qarabağ” - “Viktoriya” oyununun hakimləri açıqlandı

Lent.az klubun saytına istinadən xəbər verir ki, “Dusan Arena”da baş tutacaq qarşılaşmada makedoniyalı hakimlər briqadası iş başında olacaq.

Baş hakim Aleksandar Stavrevə həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Dimitar Mekarovski olacaq.

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi funksiyasını isə rumıniyalı İonel Piskanu yerinə yetirəcək.

Qeyd edək ki, "Viktoriya” - "Qarabağ" matçı iyulun 26-da, Bakı vaxtı ilə 22:15-də start götürəcək.

0
36