Türkiyədə fondlar, həmkarlar təşkilatları və pansionatlar bağlanır

Türkiyədə fondlar, həmkarlar təşkilatları və pansionatlar bağlanır

Türkiyədə 35 səhiyyə obyektinin, 1043 özəl tədris müəssisəsinin, yataqxana və pansionun, 1229 cəmiyyət və fondun, 19 həmkarlar təşkilatı, federasiya və konfederasiyanın, fondlar tərəfindən açılan 15 ali məktəbin fəaliyyəti dayandırılıb.

Oxu.Az xəbər verir ki, Türkiyə hökümətinin “Fövqəladə vəziyyət rejimi çərçivəsində görülən tədbirlər haqqında” qərarı “Resmi Gazete”də şənbə günü dərc edilib.

Qərara görə, fövqəladə vəziyyət qüvvədə olduğu dövr ərzində göz altında saxlama müddəti 30 gündən artıq olmayacaq. Saxlanılan şəxsin yaxın məhkəməyə gətirilməsi bu müddətə daxil deyil.

Dövlət təhlükəsizliyinə təhdid doğuran terror təşkilatları və ya sturkturlara, birlik və qruplaşmalara aidiyyatı aşkar edilən dövlət qulluqçuları tutduqları vəzifədən azad ediləcək və bir daha dövlət qulluğuna qəbul edilməyəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan daha öncə iyulun 16-da dövlət çevrilişinə cəhddən sonra ölkədə fövqəladə vəziyyət elan edib. Onun sözlərinə görə, fövqəladə hal qiyama aidiyyatı olan şəxslərə qarşı səmərəli və tez bir zamanda tədbir görülməsi üçün tətbiq edilir. Türk lideri əlavə edib ki, bu demokratiyaya, vətəndaşların hüquq və azadlğına xələl gətirməyəcək, əksinə möhkəmləndirəcək.

0
18