Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Gömrük Komitəsi məlumat yaydı.

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 7,208 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

0
12