Türkiyədə minlərlə təşkilatın fəaliyyətinə qadağa qoyuldu - QƏRAR

Türkiyədə minlərlə təşkilatın fəaliyyətinə qadağa qoyuldu - QƏRAR

Türkiyədə elan edilmiş 3 aylıq fövqəladə vəziyyət dövründə fəaliyyətinə qadağa qoyulmuş idarə və təşkilatların ilkin sayı açıqlanıb. Lent.az xəbər verir ki, bu gün işıq üzü görən “Resmi” qəzetində ilk qərarnamə əsasında 35 tibb müəssisəsinin, 1043 özəl təhsil mərkəzinin, 1229 vəqf və dərnəyin və 19 sindikatın bağlandığı qeyd edilib.

Bundan başqa federasiya və konfederasiyalara bağlı olan 15 ali təhsil müəssisəsinin də fəaliyyətinə xitam verilib.

Qərarnaməyə görə, fəaliyyətinə qadağa qoyulmuş təşkilatlarda işləyənlər bir də bu sahədə işlə təmin edilməyəcək.

0
16