Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma hadisəsi baş verib

Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma hadisəsi baş verib

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın “Report”a istinadən verdiyi xəbərinə görə, Bakı Beynəlxalq Avtovağzalında naməlum şəxs Abşeron rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Əsədova bud nahiyəsindən iki bıçaq xəsarəti yetirib.

V.Əsədov Dəmiryol Xəstəxanasına yerləşdirilib.

V.Əsədovu vuranın şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər davam etdirilir.

0
18