Münhen atışmasının qurbanları arasında azərbaycanlı varmı?

Münhen atışmasının qurbanları arasında azərbaycanlı varmı?

XİN araşdırma aparır.

“Azərbaycanın Almaniyadakı səfirliyi Münhendə atışmanın qurbanları arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır”.

Bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, səfirliyin diplomatları Almaniyanın müvafiq strukturları ilə daimi əlaqədədirlər.

Qeyd edək ki, Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 20 nəfər xəsarət alıb.

0
20