Bakıda “Düşün!” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışma keçirilib

Bakıda “Düşün!” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışma keçirilib

Almaniya Səfirliyinin dəstəyi ilə Bakıda “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Denk nach!” (“Düşün!”) adlı intellektual turnir keçirilib.

Yarışma 3 iyulda Bakıda “Ambassador” hoteldə baş tutub. Səfirliyin müvəqqəti işlər üzrə müvəkkili cənab Dr. Folker Berreshaym tədbirin açaraq iştirakçılara uğurlar arzu edib.

Yarışmanın əsas məqsədi Almaniya Federativ Respublikasının tarixi və mədəniyyətini gənclərimizə tanıtmaq və təbliğ etmək, gələcəkdə ölkəmizlə Almaniya arasında əlaqələr üçün faydalı olacaq kadrların yetişdirilməsinə çalışmaqdır.

Bu yarışda hamıdan güclü olan “Diplomat” komandası rəqiblərini qabaqlayaraq turnirin çempionu adını qazanıb. İkinci yeri “Revolver” komandası tutub. Gərgin keçən yarışmanın son sualına düzgün cavab verən “Prestij” komandası reytinq xalı sayəsində üçüncülüyü əldə edib. Qaliblər Almaniya Səfirliyi tərəfindən mükafatlandırılmışdır.

Həmçinin, tədbirin təşkil olunmasında göstərdikləri dəstəyə görə Togrul Qurbanov və Rusif Huseynov Almaniya Səfirliyi tərəfindən mükafatlandırılmışdır.

0
30