Xarici valyutada olan əmanətlər necə qaytarılacaq?

Xarici valyutada olan əmanətlər necə qaytarılacaq?

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu məsələyə aydlnlq gətirib.

“Bir bankda əmanətçinin yalnız dollarla vəsaiti varsa, əmanət müştəriyə dollarla qaytarılır. Bu qayda eynilə yalnız avroda olan əmanətlərə də aiddir."

fins.az-a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Azad Cavadov qeyd edib ki, əgər əmanətlər multivalyutalı sistemlə yerləşdirilibsə, yəni müştərinin bir bankda həm manat, həm də dollar əmanəti varsa, onda vəsaitin hamısı manatla qaytarılır. Bu zaman sığorta hadisəsi baş verdiyi tarixə olan məzənnə hesablanır, bir şərtlə ki, əmanət sığortalanmış olsun.

Azad Cavadovun sözlərinə görə, bugün fondun 26 mln manat vəsaiti var. Fond vəsaitləri Texnikabanka və Bank of Azerbaijana qaytarılan kreditlər hesabına yığır.

0
11