Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi

Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

Oxu.Az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

0
15