Dünyanın ən zəngin adamlarının siyahısı açıqlandı

Dünyanın ən zəngin adamlarının siyahısı açıqlandı

“Bloomberg Billionaires Index”in versiyasına görə, “Microsoft”un yaradıcısı Bill Qeyts dünyanın ən zəngin adamı seçilib.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, B.Qeytsin var-dövləti 89 milyard dollar qiymətləndirilib.

İkinci yerdə “İnditex” pərakəndə şirkətlərinin rəhbəri Amansio Orteqa (73 milyard dollar) qərarlaşıb.

“Amazon” onlayn alış-veriş şəbəkəsinin təsisçisi Ceff Bezos (65,1 milyard dollar) 3-cü pilləyə yüksəlib.

“Berkshire Hathaway Inc.” şirkətinin rəhbəri Uorren Baffeti (65 milyard dollar) isə xeyriyyəçiliyə 2,9 milyard dollar sərf etdiyindən dördüncü sıraya düşüb.

0
12