Mogerini Dağlıq Qarabağla bağlı Avropa Parlamentində çıxış edəcək

Mogerini Dağlıq Qarabağla bağlı Avropa Parlamentində çıxış edəcək

Müzakirələr aprelin 12-də baş tutacaq.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət Avropa Parlamentinin 11-14 aprel tarixlərində Strasburqda keçirilən plenar sessiyasında müzakirə olunacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, müzakirələr aprelin 12-də baş tutacaq.

Mövzu ilə əlaqədar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini çıxış edəcək.

www.oxu.az

0
14