Azərbaycanlı aktyor Moskvada tələbə adını qazandı – FOTO

Azərbaycanlı aktyor Moskvada tələbə adını qazandı – FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktyoru Vüsal Mehrəliyev Moskvada fəaliyyət göstərən Boris Şukin adına Teatr İnstitutuna daxil olub. O, təhsil müəssisəsinin teatr rejissorluğu fakültəsinə qəbul edilib.

Oxu.Az xəbər verir ki, bu təhsil ocağı həvəskar teatr studiyası kimi 1914-cu il oktyabr ayının 23-də fəalliyyətə başlayıb və Yevgeni Vaxtanqovun adını daşıyıb. Müxtəlif illərdə Y.Vaxtanqov adına Moskva Dramatik studiyası, orta teatr təhsil müəssisəsi, ali təhsil müəssisəsi, B.V.Şukin adına Ali Teatr məktəbi və nəhayət 2002-ci ildən B.Şukin adına Teatr İnstitutu adlandırılıb.

A.S.

0
18