Millinin üzvü rəsmən “Borussiya”da

Millinin üzvü rəsmən “Borussiya”da

“Borussiya” daha bir futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytı xəbər verir ki, Dortmund təmsilçisi Mart Bartra və Mario Götzedən sonra Andre Şürrleni heyətinə qatıb.

Məlumatı “Borussiya”nın rəsmi saytı da təsdiqləyib.

Almaniya yığmasının 26 yaşlı üzvü ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində “Maynts”, “Bayer”, “Çelsi” və “Volfsburq” klublarının da formasını geyinmiş Şürrle 2010-cu ildən dəvət aldığı Almaniya yığmasında 55 oyunda 20 qola imza atıb.

0
17