Ziyafət Əsgərov: Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq

Ziyafət Əsgərov: Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq

“Azərbaycan ikinci süni erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həllini dəstəkləyirik”.

Oxu.Az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycan ikinci süni erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

“Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Amma biz onlara Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, bizim birdəfəlik mövqeyimizdir”, - deyə Z.Əsgərov bildirib.

0
17