“Lukoyl”un rəhbərliyində daha bir azərbaycanlı

“Lukoyl”un rəhbərliyində daha bir azərbaycanlı

Vahid Ələkbərov öz postunu qorudu.

“Lukoyl” Direktorlar Şurası şirkətə 15 nəfərdən ibarət idarə heyəti seçiblər. Heyətin yeni üzvü neft məhsullarının satışının koordinasiyası üzrə vitse-prezident “Lukoyl-Aero” MMC-nin baş direktoru Oleq Paşayev olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Apreldə idarə heyətini nəzarət və daxili audit üzrə vitse-prezident Sergey Malyukov tərk edib və idarə heyəti 14 nəfərə qədər ixtisar edilib.

“Lukoyl”un prezidenti Vahid Ələkbərov da daxil olmaqla, qalan 14 nəfər öz postlarını qoruyub saxlayıblar.

Qeyd edək ki, Oleq Paşayev əslən azərbaycanlıdır. O, 2010-cu ildə vəfat etmiş David Hüseyn oğlu Paşayevin oğludur.

David Paşayev – Azərbaycanın Milli Qəhrəmanı və Rusiya Prezidenti yanında İstimai Palatanın üzvü olub. Vaxtı ilə Rusiya atom gəmilərinin inşaatı mərkəzinin prezidenti olub.

0
22