"Lukoil"un rəhbərliyində daha bir Azərbaycan əsilli şəxs

"Lukoil"un rəhbərliyində daha bir Azərbaycan əsilli şəxs

Rusiyanın "Lukoil" neft-qaz şirkətinin Direktorlar Şurası İdarə Heyətinin yeni tərkibini təsdiqləyib.

"APA-Economics" xəbər verir ki, İdarə Heyətinə 15 üzv daxil olub.

Şirkətin prezidenti Vahid Ələkbərov vəzifəsini qoruyub.

İdarə Heyətinin bir çox üzvləri də Direktorlar Şurasının etimadını və portfelini qorumağı bacarıb.

Dəyişikliklərdən biri də İdarə Heyətinin üzvlərinin sayının 15-dək artırılmasıdır. İdarə Heyətinin yeni üzvü - neft məhsullarının daşınmasının koordinasiyası üzrə vitse-prezident Oleq Paşayevdir.

Qeyd edək ki, Oleq Paşayev əslən azərbaycanlıdır. O, 2010-cu ildə dünyasının dəyişmiş David Hüseyn oğlu Paşayevin oğludur. D. Paşayev Rusiyanın milli qəhrəmanı və Rusiya prezidenti yanında İctimai Palatanın üzvü olub. Vaxtilə Rusiyanın Atom gəmilərinin tikintisi üzrə mərkəzin prezidenti olub.

Beləliklə, Vahid Ələkbərovdan sonra Oleq Paşayev "Lukoil"in rəhbərliyində təmsil olunan ikinci Azərbaycan əsilli şəxsdir.

0
14