Azərbaycanlı aşıqlar beynəlxalq festivalda çıxış edir – FOTO

Azərbaycanlı aşıqlar beynəlxalq festivalda çıxış edir – FOTO

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə “Aşıqlar” xalq kollektivi Xorvatiyada keçirilən beynəlxalq folklor musiqi festivalında çıxış edir.

Oxu.Az xəbər verir ki, ölkəmizi Vüqar Mahmudoğlu və Əli Tapdıqoğlu təmsil edir. Onları musiqi alətlərində Qənimat Qədirov, Baxış Binyətov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət edirlər. Qrupa AAB-nin beynəlxalq məsələlər üzrə katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova rəhbərlik edir.

Qeyd edək ki, aşıqlarımız iyulun 20-dən 24-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən 50-ci Beynəlxalq Folklor Festivalında iştirakını davam etdirəcək.

“Aşıqlar” xalq kollektivi ayrı-ayrı proqramlarla 3 konsert təqdim edəcək.

Aytən Sadıqzadə

0
17