SOCAR DESFA-dakı 17%-i “Snam”a satacaq

SOCAR DESFA-dakı 17%-i “Snam”a satacaq

Bu razılaşma sentyabrın sonuna əldə oluna bilər.

Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın özəlləşdirilməsi prosesi maneəsiz keçir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) prezidenti Steriqos Pitsorlas deyib.

“SOCAR tərəfindən İtaliyanın “Snam” şirkətinə 17%-lik səhm paketinin satılması ilə bağlı danışıqlar davam edir və sentyabrın sonu - oktyabrın əvvəlində əqdin bağlanması planlaşdırılır", - deyə S.Pitsorlas qeyd edib.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də HRADF DESFA-nın 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Hazırda DESFA-nın SOCAR tərəfindən əldə edilmiş 66%-lik səhm paketinin 17%-nin “Snam” şirkətinə satmaq üçün danışıqlar aparılır.

0
17