“Barselona”dan növbəti transfer

“Barselona”dan növbəti transfer

İspaniyanın “Barselona” klubu daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisi “Valensiya”dan Andre Qomeşi transfer edib.

Məlumatı “Barsa”nın rəsmi saytı da təsdiqləyib. Portuqaliya yığmasının 22 yaşlı üzvü ilə müqavilənin bütün detalları razılaşdırılıb. Qomeş yeni komandası ilə gələn həftə rəsmi sözləşməyə qol çəkəcək və “Barselona”nın futbolçusu kimi ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, bu, kataloniyalıların yay “transfer pəncərəsi”ndə heyətlərinə qatdıqları 4-cü oyunçu olub. “Barselona” Qomeşdən öncə Denis Suares, Samuel Umtiti və Lyuka Dinlə anlaşıb.

0
12