Afaq Aslan: Yalnız mənim bədənim modelliyə uyğundur – FOTO

Afaq Aslan: Yalnız mənim bədənim modelliyə uyğundur – FOTO

Müğənni Afaq Aslan özünü model sənətində də sınayacaq.

Oxu.Az-a açıqlama verən ifaçı bildirib ki, sonuncu fotosessiyasından sonra bir neçə təkliflər alıb.

“Dəfələrlə söyləmişəm ki, müğənnilik, səhnədə olmaq mənim üçün bir hobbidir. Səhnədə özümü daha rahat hiss edirəm. Sonuncu fotosessiyam sözün əsl mənasında müzakirələrə səbəb oldu. Bu yaxınlarda açıqlama vermişdim ki, Türkiyədə bir şirkətlə müqavilə bağlamışam. Məhz həmin şirkət mənim yaradıcılıq işlərimə yardım edəcək. Bundan başqa məni model sahəsində də tanıdacaq. Bir sözlə müğənniliklə yanaşı, modellikdə edəcəm.

Modelliklə bağlı Azərbaycandan da təkliflər aldım, amma qonorar məsələsində razılığa gələ bilmədik. Şou-biznesdə qadınlar arasında bədən parametrlərinə görə, modelliyə uyğun 2-3 nəfər müğənnidən birincisi özüməm. Yalnız mənim bədənim modelliyə uyğundur. Bəzi xanım müğənnilər efirə elə geyimdə gəlir ki, elə bil mətbəxdən səhnəyə çıxıblar.

Sonuncu çəkdirdiyim şəkillərimə görə məni qınayanlar çox oldu. Bütün bunlar məni daha da ruhlandırdı. Demək mən varam ki, bəzilərinin yerini narahat edirəm”.

A.S.

0
13