Rüfət Aslanlıdan "Bank Standard"ın əmanətçilərinə ÇAĞIRIŞ

Rüfət Aslanlıdan "Bank Standard"ın əmanətçilərinə ÇAĞIRIŞ

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında “Bank Standard” QSC-nin əmanətçilərinə səbirli olmağa çağırıb.

"APA-Economics" xəbər verir ki, R. Aslanlının sözlərinə görə, sözügedən bankda 150 minə yaxın hesab var: "Biz 150 min nəfərin əmanətini dollarla qaytara bilərik. Bu isə digər əmanətçilərin narazılığına səbəb ola bilər. Əmanətçilərin əmanətlərini xarici valyutada tələb etməsi maliyyə bazarına təhdid yaradır. Buna görə də bank müştərilərə təklif edir ki, əmanətləri ya məzənnə üzrə manatda, ya da sifarişinizi verin, açıq bazardan xarici valyuta aldıqca bu vəsaitlər ödənilsin. Dövlət bu əmanətlərin arxasında dayanıb".

Onun sözlərinə görə, bu bankda qorunan əmanətlərin həcmi 500 mln. manatdan artıq, ümumi əmanətlərin həcmi isə 600 mln. manat təşkil edir.

R. Aslanlı əlavə edib ki, “Bank Standard” və “Azərbaycan Beynəlxalq Bankı” sistem əhəmiyyətli olduğundan bu banklar bağlanmayacaq.

0
9