(R) Kapital Bank-ın Gənclik Mall filialı istirahət günləri də fəaliyyət göstərir

(R) Kapital Bank-ın Gənclik Mall filialı istirahət günləri də fəaliyyət göstərir

Kapital Bank-ın Gənclik Mall ticarət-əyləncə mərkəzində yerləşən filialı şənbə və bazar günləri, saat 11:00-dan 21:00-dək fəaliyyət göstərir. Müştərilər həmin günlər bu filialda valyuta mübadiləsi, terminal ödənişləri edə, həmçinin nağd pul krediti ala və Gənclik Mall–dakı tərəfdaş mağazada məişət əşyasını kreditlə əldə edə bilərlər.

Bununla yanaşı Kapital Bank-ın Gənclik Mall filialı, həftə içi saat 9:00-dan 18:00-dək müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, hesabların açılması və sair bank xidmətləri təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

0
8